Niyə məhz xurma?

niye-mehz-xurma
Oxunma sayı: 4783

Ramazan süfrələrinin başlıca nemətlərindən biri də xurmadır. O, təxminən 16 saat ac və susuz qalan biri üçün çox əhəmiyyətlidir.

“Qafqazinfo” xəbər verir ki, xurma orqanizmin aclığa qarşı müqavimətinin artırılmasında əsas qidadır.

O, qan şəkərinin bərpası, bədənin enerji dəyərinin yüksək saxlanılmasında böyük əhəmiyyətə malikdir. Buna səbəb xurmanın yüksək qidalılıq dəyəridir və bir ədəd quru xurma 20-28 kalori daşıyır. 

Xurma meyvə şəkəri, zülal, karbohidrat və lif baxımından da olduqca zəngindir. Bu zənginlik nəticəsində toxluq hissi yadan xurma uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Norma daxilində istehlak edildiyi zaman arıqladıcı təsirə də malikdir. Tərkibindəki zəngin maddələr sayəsində ürək-damar xəstəlikləri riskini azaldır, həzm sistemini tənzimləyir, həmçinin immun sistemin güclənməsi, göz, dəri və sümük sağlamlığının qorunmasında olduqca faydalıdır.

Belə ki, xurma insanların həyatında, sadəcə Ramazanda böyük rol oynamır. Xurmanın tərkibi şəkər, fibrin zülalı, karbohidrat, dəmir və magneziumdan ibarətdir. Quru xurmada isə şəkərin miqdarı 75-80% təşkil edir.

Xurma bağırsaqların normal fəaliyyətinə kömək edir. Tərkibində dəmir olduğu üçün anemiya xəstələrinə daha çox məsləhət görülür. Ancaq həddindən artıq istifadə edildikdə qanda şəkərin sürətlə artmasına səbəb olur. İftar zamanı 1-2 ədəd xurma yemək daha münasibdir.