“Nobel”i Trampa vermişdi, Maduronun yerinə keçə bilər

nobeli-trampa-vermisdi-maduronun-yerine-kece-biler
Oxunma sayı: 761

ABŞ Konqresi Nikolas Maduronun həbsindən sonra Venesuela müxalifətinin lideri Maria Korina Maçadonu ölkənin əsas prezidentliyə namizədi elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri bağlı qapılar arxasında keçirilən iclasda Maçadonun namizədliyini dəstəkləyiblər.

“O, məhz Venesuelanı növbəti mərhələyə aparmalı olan liderdir. Demokratiyaya və seçkilərə keçid lazımdır. Bu, mümkün qədər tez baş verməlidir”, - bəyanatda deyilir.

Qeyd edək ki, Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra qızıl medalını ona təqdim etdiyini açıqlayıb.