Bu hərəkətinə görə 1 il avtomobil sürə bilməyəcək - Video

bu-hereketine-gore-1-il-avtomobil-sure-bilmeyecek
Oxunma sayı: 1173

Hacıqabulda avtoxuliqanlıq edən sürücü həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, Hacıqabul RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin keçirdiyi tədbirlərlə gecə saatlarında nömrəsiz idarə etdiyi “VAZ” markalı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını kobud şəkildə pozan və digər sürücülərə təhlükə yaradan N.Əhmədzadə saxlanılıb.

Sürücü barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə N.Əhmədzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.