Növbəti görüş bu tarixdə keçiriləcək

novbeti-gorus-bu-tarixde-kecirilecek
Oxunma sayı: 311

BƏƏ-də Rusiya-ABŞ-Ukrayna danışıqlarının növbəti raundu fevralın 1-nə planlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bəli, fevralın 1-i. Bu, ilkindir, lakin biz hazırda bunun üzərində işləyirik”, - Peskov jurnalistlərə deyib.

Nümayəndə heyətinin gələcək danışıqlar üçün prezidentdən müvafiq göstəriş alıb-almaması ilə bağlı suala Kremlin sözçüsü “Onları müntəzəm olaraq qəbul edirlər” deyib.

Qeyd edək ki, ötən həftə Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında iki gün davam edən üçtərəfli təmaslar baş tutub.