Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayevin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Polkovnik vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərməklə nüfuz alverində ittiham olunurdu. Hakim Zaur Hacıyevin sədrliyi ilə aparılan məhkəmə istintaqı bu gün yekunlaşıb.
Hökmə əsasən, A.Paşayevin şəxsiyyəti, mübaribə iştirakçısı olması və müxtəlif medallarla təltif edilməsi nəzərə alınıb. Nəticədə 6 min manat cərimə cəzasına məhkum edilib.
Qeyd edək ki, cinayət işinin istintaqı prokurorluqda aparılıb. A.Paşayevə Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə yekun ittiham elan edilib. Həmin maddənin sanksiyasında 5 ilə kimi həbs və cərimə cəzasının tətbiqi nəzərdə tutulur.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər