Obama Trampla xatirə şəkli çəkdirməkdən imtina etdi - Yenilənib+Video

obama-trampla-xatire-sekli-cekdirmekden-imtina-etdi
Oxunma sayı: 9702

ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Tramp hazırki prezident Barak Obama ilə görüşmək üçün Vaşinqtona gedib.

Qafqazinfo”nun məlumatına görə, 70 yaşlı prezident xanımı Melaniya Trampla Ağ Evdə Obama ailəsi ilə görüşəcək. Bu barədə “BBC” xəbər yayıb.

***

Barak Obama Donald Trampla Ağ Evdə xatirə şəkli çəkdirməkdən imtina edib. Bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Nəşrin məlumatına görə, Obama ilə Tramp Oval kabinetdə söhbət edərkən Mişel Obama Melaniya Trampı Ağ Evlə tanış edib.

Qeyd olunur ki, Obama Trampla ənənəvi şəkil mərasimindən seçki kampaniyası müddətində aralarında baş verən sərt polemikaya görə imtina edib.