Oğlu ilə birlikdə qanqster filmində rol aldı - Fotolar

oglu-ile-birlikde-qanqster-filminde-rol-aldi
Oxunma sayı: 414

Londonda “MobLand” kriminal dram serialının ikinci mövsümünün təqdimatı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, təqdimetmə mərasiminin qırmızı xalısında Pirs Brosnan və oğlu Paris, Helen Mirren, Tom Hardi, Qay Riçi və layihənin digər iştirakçıları görünüblər. 

Premyerası sentyabrın 18-də baş tutacaq serialın üçüncü mövsümünün çəkilişlərinə isə yaxın vaxtlarda başlanılacaq. Daha əvvəl Tom Hardinin icraçı prodüser Cez Batteruortla yaşadığı gərginlik səbəbindən layihəni tərk etdiyi barədə xəbərlər yayılsa da, sonradan aktyor və filmin yaradıcıları ortaq dil tapa biliblər. Nəticədə Hardinin serialın növbəti mövsümündə də rol alacağı gözlənilir. 

Qeyd edək ki, hadisələri Londonda cərəyan edən “MobLand” kriminal dram serialı iki nüfuzlu cinayətkar klanın - Harriqanlar və Stivensonların qarşıdurmasından bəhs edir. Hər iki tərəf münaqişəni açıq müharibəyə çevirməməyə, lakin şəhər üzərində nəzarəti ələ keçirməyə can atır. İkinci mövsüm bu hekayəni davam etdirəcək.