Oğul 66 yaşlı anasını baltalayaraq qətlə yetirdi - Özü də öldü

ogul-66-yasli-anasini-baltalayaraq-qetle-yetirdi
Oxunma sayı: 2465

Şəmkirdə qətl hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, Şəmkir rayonunun Qaracəmirli kənd sakini 1960-cı il təvəllüdlü Sərdarova Çiçək Xəlil qızının balta ilə qətlə yetirildiyi bildirilir.

Onun oğlu, 1993-ci il təvəllüdlü Allahverdiyev Anar Natiq oğlu cinayəti törətməkdə təqsirli bilinir. Oğulun cinayəti törətdikdən sonra özünü yandıraraq öldürdüyü deyilir.

Məlumata görə, A.Allahverdiyev ruhi-əsəb xəstəsidir.

Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

Yunis Quliyev