Oğuzda döyüşə yararlı silah-sursat tapıldı - Foto

oguzda-doyuse-yararli-silah-sursat-tapildi
Oxunma sayı: 2452

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman oradan döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Götürülən qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.

Faktla bağlı araşdırma aparılır.