Öldürülən müdafiə nazirinin vəzifəsini də icra edəcək

oldurulen-mudafie-nazirinin-vezifesini-de-icra-edecek
Oxunma sayı: 383

Mali Prezidenti Assimi Qoita müdafiə naziri Sadio Kamaranın vəzifəsini müvəqqəti olaraq öz üzərinə götürüb.

“Qafqazinfo” “France24”yə istinadən xəbər verir ki, bu qərar keçmiş müdafiə naziri Kamaranın öldürülməsindən sonra qəbul edilib. 

Verilən fərmana əsasən, Assimi Qoita hazırkı həssas təhlükəsizlik şəraitində strateji qərar olaraq bu vəzifəni də icra edəcək. 

Eyni zamanda, ölkənin Baş Qərargah rəisi general Umar Diarra Mali müdafiə nazirinin müavini kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, Sadio Kamara 25 aprel tarixində baş verən hücumlar zamanı öldürülüb.