Onlar üçün Çempionlar Liqası mövsümü bitdi

onlar-ucun-cempionlar-liqasi-movsumu-bitdi
Oxunma sayı: 1465

UEFA Çempionlar Liqasında iki komandanın növbəti mərhələyə yüksəlmək şansları qalmayıb.

“Qafqazinfo” xəbər verir ki, bunlar İspaniyanın “Vilyareal” və Qazaxıstanın “Kayrat” klublarıdır. 

Hər iki komanda ötən gecə aldığı məğlubiyyətdən sonra bütün şansını itirib. Belə ki, “Vilyareal” “Ayaks”a 1:2, “Kayrat” isə “Brügge”yə 1:4 hesabı ilə məğlub olub. 

Hər iki komandanın hesabında cəmi 1 xal var. 

Qalan 34 komandanın isə növbəti mərhələ şansları davam edir. 

“Arsenal” isə artıq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.