“Opel” park edilmiş 5 maşına çırpıldı - Video

opel-park-edilmis-5-masina-cirpildi
Oxunma sayı: 468

Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı avtomobillərə çırpılıb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.