Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə azərbaycanlı həmkarı Oqtay Şirəliyev arasında telefon danışığı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə türkiyəli nazir Tvitter səhifəsində yazıb:
“Azərbaycanın Səhiyyə naziri, dostum Oqtay Şirəliyevlə telefon danışığımız oldu. Qonşu ölkələrdə mövcud olan koronavirusa qarşı Türkiyə və Azərbaycan olaraq, iki ölkə arasında görəcəyimiz tədbirlər haqqında fikir mübadiləsi apardıq”.
Son xəbərlər
Son Xəbərlər