Orden-medal təsis edən QHT-lərə - Çağırış

orden-medal-tesis-eden-qht-lere
Oxunma sayı: 1134

Son zamanlar bir sıra Qeyri-Hökümət Təşkilatlarının özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarla təltif etməsi müşahidə edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Fondu məlumat yayıb.

Bildirilib ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.

İctimaiyyəti diqqətli olmağa çağırır, bu cür əməllərlə məşğul olan QHT-ləri qanunla qadağan olunan fəaliyyətdən çəkinməyə, məsələnin hüquqi məsuliyyətini dərk etməyə dəvət edirik.