Ordumuzun əsgəri postda faciəvi şəkildə öldü - Foto

ordumuzun-esgeri-postda-facievi-sekilde-oldu
Oxunma sayı: 9655

Azərbaycan Ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.

Hərbi hissənin əsgəri, Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli postda olan zaman onu ildırım vurub.

Əsgər aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.