“Ot olsaydınız, çox xoşbəxt olardınız”

ot-olsaydiniz-cox-xosbext-olardiniz
Oxunma sayı: 795

ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni helikopter meydançası və ətraf ərazinin abadlaşdırılması barədə danışıb.

“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu haqda “Fox News” kanalına bildirib.

Amerika liderinin sözlərinə görə, işçilər qazonun üzərinə otu “xoşbəxt”  edəcək yeni torpaq qatı səpiblər.

“Onlar burada hər şeyi yenidən işləyib hazırladılar, bütün səthi yeni torpaqla örtdülər. Biz tamamilə yeni torpaq döşədik. Bu ot üçün zəruri qida maddələri ilə zəngindir. Əgər ot olsaydınız, çox xoşbəxt olardınız”, - deyə o bildirib.

Tramp həmçinin jurnalistlərə Ağ Evdə hazırda tikilməkdə olan və rəsmi tədbirlər üçün istifadə olunacağını bildirdiyi helikopter meydançasının layihə təsvirini göstərib:

“Məsələn, Çin sədri Si Cinpin tezliklə – bir neçə həftədən sonra bura gələcək”, – deyə Tramp əlavə edib.