Ötən həftə 188 mindən çox ağac əkilib

oten-hefte-188-minden-cox-agac-ekilib
Oxunma sayı: 1126

Ölkə ərazisinin meşə fondu torpaqlarında ötən həftə ərzində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 188 060 ədəd ağac tingi əkilib, 2200 kq toxum səpilib.

Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov “Qafqazinfo”ya bildirib ki, ağacəkmə və meşəbərpa tədbirləri Şabran, Siyəzən, Oğuz, Qəbələ, Qax, Şəki, Qobustan, Sabirabad, Samux, Şəmkir, Lerik və Masallı rayonlarının meşə fondu torpaqlarını əhatə edib.