Ovçuluqla bağlı qaydalar dəyişdi

ovculuqla-bagli-qaydalar-deyisdi
Oxunma sayı: 2267

“Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları”nda dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əəsdov Qərar imzalayıb.

Qərara əsasən, ovçular vəhşi heyvanlar arasında xəstəlik müşahidə edildikdə, onların yaşayış mühiti pisləşdikdə, heyvanların məhv olmaq təhlükəsi yarandıqda və tələf olması hallarında dərhal ovçuluq təsərrüfatları, Kənd Təsərrüfatı Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verməlidirlər.