“Oxucular qazandı, tamaşaçılar itirdi…” – Təqdimat

oxucular-qazandi-tamasacilar-itirdi-teqdimat
Oxunma sayı: 831

Bu gün Aysel Əlizadənin Yazıçılar Birliyinin Natəvan Klubunda iki kitabının təqdimatı keçirilib. “Qafqazinfo”nun məlumatına görə, “Erkəklər” və “Göy qurşağı” kitablarının təqdimatında Rəşad Məcid, İradə Tuncay, Aqil Abbas, Rafiq Hüseynov, Yunus Oğuz, Mövlud Süleymanlı və başqaları çıxış edərək A. Əlizadə haqqında düşüncələrini və arzularını bildiriblər.

“Göy qurşağı”-na ön söz yazan İradə Tuncay Aysel Əlizadənin onun mənəvi qızı olduğunu söyləyib: “Aysel göy qurşağı kimi bütün rəngləri özündə daşıyır”.

Məşhur aparıcı Rafiq Hüseynli Aysel Əlizadənin televiziyadakı fəaliyyətindən danışıb və bildirib ki, Azərbaycan oxucusu Ayselin simasında yazıçı qazansa da, tamaşaçılar yaxşı bir aparıcını itirib.
Xalq yazıçısı Mövlud Süleymanlı A. Əlizadənin yazılarının böyük həvəslə oxuduğunu deyib: “Göydən daşda yağsaydı mən Ayselin təbdirinə gələrdim. O, çox orjinal yanaşma tərzi olan yazıçıdır. Bu onun yazılarında özünü göstərir”.

Qeyd edək ki, “Erkəklər” müəllifin ilk iri həcmli əsəridir, “Göy qurşağı” isə esselər toplusudur.

Sədan