Özünü binadan atan 18 yaşlı qızla bağlı - Yeni xəbər

ozunu-binadan-atan-18-yasli-qizla-bagli
Oxunma sayı: 11904

Dekabrın 5-i gecə saat 23 radələrində Masallı şəhər Heydər Əliyev prospektində yerləşən binadan özünü ataraq intihar edən 18 yaşlı qızla bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin araşdırmalar zamanı Masallının kəndlərindən birinin sakini olan 2004-cü il təvəllüdlü Rüqayə Hüseynova intihar edərkən 5 aylıq hamilə olması məlum olub. Onun qeyri-rəsmi nikah münasibətində olduğu şəxsdən hamilə qaldığı bildirilib.

Həmçinin oxuyun: В Турции обсуждают историю девушки, выданную замуж отцом в 6 лет- Фото

Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Mərhum 18 yaşlı qızın anası Sevinc Cəfərova "Qafqazinfo"ya açıqlamasında qızının hamilə olması ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib.