Qubada 19 kq narkotik aşkarlandı - Foto

qubada-19-kq-narkotik-askarlandi
Oxunma sayı: 505

Qubada külli miqdarda narkotik aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, Quba RPŞ-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar.

Həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.