Pakistanın Xeybər-Paxtunxva əyalətində terror aktı baş verib.
“Qafqazinfo” “The Express Tribune” nəşrinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 5 polis əməkdaşı ölüb.
Bildirilib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının olduğu avtomobil Qarargi Banda rayonunda terrorçuların pusqusuna düşüb. Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, güc strukturları antiterror əməliyyatı keçirir.
Pakistanın Baş naziri Şahbaz Şərif polislərə qarşı hücumu pisləyib və onların ailələrinə başsağlığı verib.
Son xəbərlər
Son Xəbərlər