Paris prokurorları Marin Le Penin həbsini tələb etdilər

paris-prokurorlari-marin-le-penin-hebsini-teleb-etdiler
Oxunma sayı: 1815

Paris prokurorluğu “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Penin 5 il müddətinə azadlıqdan məhrum edilməsini, həmçinin analoji müddətə səsvermə hüququnun itirilməsini tələb edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Prokurorlar iddia ediblər ki, Le Pen və onun tərəfdaşları Avropa Parlamentində saxta deputat köməkçiləri işə götürüblər.

2027-ci ildə Fransa prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirən Le Peni həmçinin 300 min avro (təxminən 547 min 650 manat) cərimə gözləyir.

“Le Monde” qəzetinin yazdığına görə, Le Pen haqqında hökm gələn ilin əvvəlində çıxarıla bilər.

Qeyd edək ki, məhkəmə işi Marin Le Pen və onun 24 partiya üzvünə qarşı aparılır. Onlar 2004-2016-cı illər arasında Avropa parlamentinin vəsaitlərindən sui-istifadə ittihamı ilə mühakimə olunurlar.