Parisdə güclü yanğın - Video + Fotolar

parisde-guclu-yangin
Oxunma sayı: 1335

Parisin şimal-qərbində böyük yanğın baş verib.

“Qafqazinfo” bu barədə “Le Monde” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, yanğın “Syctom” tullantıların emalı zavodunda qeydə alınıb.

Bildirilib ki, hadisə yerində 60-a yaxın texnika və 200 nəfərə yaxın yanğınsöndürən işləyir.

Yanğının səbəbi məlum deyil. Hadisənin təfərrüatları araşdırılır.

Görüntüləri təqdim edirik: