Paşinyanı təbrik etməyə tələsmirlər

pasinyani-tebrik-etmeye-telesmirler
Oxunma sayı: 748

Rusiya Ermənistanda keçirilən parlament seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra Nikol Paşinyana qələbə münasibətilə təbrik göndərəcək. 

“Qafqazinfo” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. 

“Burada yekun rəsmi nəticələri gözləmək vacibdir. Hər halda rəsmi nəticələri gözləməyə üstünlük veririk”, - Kreml nümayəndəsi vurğulayıb. 

Peskov səsvermə zamanı çoxsaylı pozuntular barədə məlumatların daxil olduğunu, buna görə də rəsmi nəticələri gözləməyin xüsusilə vacib olduğunu bildirib.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Deputat mandatları uğrunda 2 blok və 16 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, ölkənin hazırkı Baş naziri Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 49,81% səslə qalib gəlib.