Paşinyanın oğlunu oğurlamaqda təqsirləndirilən qadın ev dustaqlığına buraxıldı

pasinyanin-oglunu-ogurlamaqda-teqsirlendirilen-qadin-ev-dustaqligina-buraxildi
Oxunma sayı: 1045

Ermənistanda Apellyasiya Məhkəməsi Baş nazir Nikol Paşinyanın oğlunu qaçırmaqda şübhəli bilinərək həbs edilən Qayana Akopyan barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığına dəyişdirib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Akopyanın vəkili Georgi Melikyan açıqlayıb.

Həmçinin oxuyun: Скончался пассажир самолета, совершившего вынужденную посадку в Баку

Xatırladaq ki, mayın 17-si Nikol Paşinyanın oğlu Aşot küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb. Məhkəmə mayın 20-si Akopyanın 1 ay müddətinə həbs olunmasına dair qərar verib. O, Aşot Paşinyanın qaçırılmasının təşkilində ittiham olunur.