"Qafqazinfo" xəbər verir ki, bu fikirləri kulis.az-a yazıçı Seymur Baycan ötən gün “Hesabat” verilişində gedən süjetə cavab olaraq səsləndirib.
Mirşahinin saxta monoloqları yalınız savadsız adamlarda maraq doğura bilər. Bu baxımdan onun yeni ədəbiyyata, yeni imzalara qarşı nifrətini başa düşmək olar.
Seymur Baycan Mirşahini meyxananı tirajlamaqda da ittiham edib: “Üzünə ciddi ifadə verib əslində cəfəngiyat danışan bu adam meyxananın Azərbaycanda virus kimi yayılmasında müstəsna rol oynayıb. Meyxananı təbliğ edib sonra ciddi əsər axtarmaq saxtakarlıq göstəricisidi. Meyxanaya qoyulan maya, sərmayə bədii ədəbiyyata qoyulsaydı o zaman Mirşahin ciddi əsər axtarmaqda özündə mənəvi haqq tapa bilərdi. Ümumiyyətlə, bu adam yeni ədəbiyyata və yeni imzalara qarşı hər bir fürsətdə öz nifrətini nümayiş etdirir. Burda heç bir sifariş məqsədi filan yoxdu. Bu sırf Mirşahinin içindəki qurdlarıdı ki, zaman-zaman tərpənərək süjetlərə və monoloqlara çevrilir.
O, görür ki, ədəbiyyatda yeni imzalar var. Bu imzalar oxunur. Bunu görmək Mirşahin üçün çox dözülməzdir. O, bu yeni imzaların uğuruna heç cürə dözə bilmir. Çünki özünün köhnəldiyinin fərqindədi. Üstəlik gənc yazarlarla müqayisədə özünün nə qədər savadsız olduğunu da hiss etməkdədi. Bu da onun üçün növbəti bir işgəncə mənbəyidir.”
Son xəbərlər
Son Xəbərlər