Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi

paylasimlarina-gore
Oxunma sayı: 1841

Sosial şəbəkələrdə “İlanlı qız” kimi tanınan tiktoker-müğənni Günəş polis əməkdaşları tərəfindən saxlanılıb.

“Qafqazinfo” “Patrul.az”a istinadən xəbər verir ki, onun son dövrlər sosial şəbəkələrdə nümayiş etdirdiyi qeyri-adekvat davranışlar, eləcə də açıq-saçıq geyimlərlə paylaşdığı görüntülər və davranışları ilə bağlı araşdırma aparılıb.

Bu çərçivədə o, müayinədən keçirilməsi və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə psixiatriya xəstəxanalarından birinə yerləşdirilib.