DÇ-2026-dan sonra istefaya göndərildi

dc-2026-dan-sonra-istefaya-gonderildi
Oxunma sayı: 561

Cənubi Afrika Respublikasının (CAR) futbol yığmasının belçikalı baş məşqçisi Hüqo Bros postunu tərk edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssisin ölkənin futbol assosiasiyası ilə iyulun 31-də başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

O, yerli qurumun gələn ilin iyulunda keçiriləcək Afrika Millətlər Kubokunun sonunadək olan yeni təklifini qəbul etməyərək peşəkar karyerasını bitirməyə qərar verib.

Təcrübəli mütəxəssis 2021-ci ilin may ayından CAR yığmasına rəhbərlik edib. Onun idarəçiliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda 3-cü yeri tutub, DÇ-2026-da isə 1/16 finala qədər irəliləyərək Kanadaya məğlub olub.

Qeyd edək ki, H.Bros DÇ-2026-nın A qrupunun son matçında Cənubi Koreya üzərində qazanılan qələbə zamanı 74 yaş 75 günlüyündə olub və dünya çempionatlarında oyun qazanan ən yaşlı baş məşqçi kimi tarixə düşüb.