Ermənistanda bu qaydalar dəyişə bilər - Yaş həddi 37-dən 45-ə qaldırılır

ermenistanda-bu-qaydalar-deyise-biler
Oxunma sayı: 487

Ermənistan Müdafiə Nazirliyi ölkənin hərbi təhsil müəssisələrinə qəbul qaydalarına dəyişiklik edilməsi ilə bağlı layihəni ictimai müzakirəyə çıxarıb.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, layihəyə əsasən, batalyon, divizion və ya eskadrilya komandirləri, eləcə də onlara bərabər vəzifə tutan şəxslərin ali hərbi təhsil proqramlarına qəbulunda iştirak üçün maksimal yaş həddinin 40-dan 45 yaşa qaldırılması təklif olunur. 

Onların müavinləri üçün isə yaş həddinin 37-dən 45 yaşa artırılması nəzərdə tutulur.

Layihənin ictimai müzakirəsi avqustun 12-dək davam edəcək. Qərar rəsmi dərc edildikdən bir gün sonra qüvvəyə minəcək.