Pəncərəni düzəltmək istəyirdi, yıxılıb öldü

pencereni-duzeltmek-isteyirdi-yixilib-oldu
Oxunma sayı: 2257

Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 31-də 1957-ci il təvəllüdlü Fuad Nəsirov yaşadığı Topçubaşov küçəsi, ev 84-də pəncərəni düzəldərkən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş F.Nəsirov noyabrın 2-də vəfat edib.

Faktla bağlı araşdırma aparılır.