Peterburqda 2 nəfəri öldürən azərbaycanlı həbs edildi

peterburqda-2-neferi-olduren-azerbaycanli-hebs-edildi
Oxunma sayı: 1678

Peterburqun Kuybışevski rayon məhkəməsi Nevski prospektində ölümlə nəticələnən yol qəzasını törədən Rusiya vətəndaşı, 30 yaşlı azərbaycanlı Murad Qasımov barəsində 2 ay həbs qətimkan tədbiri seçib. “Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, o, aprelin 23-nə qədər azadlıqdan məhrum edilib. 

“Şübhəli Qasımovla bağlı olaraq iki ay müddətinə-2019-cu il aprelin 23-dək həbs qətimkan tədbiri seçilsin”, -deyə hakim Yekaterina Botantsova bəyan edib. 

Məhkəmədə müstəntiq bildirib ki, M. Qasımov beynəlxalq pasporta malik olduğundan o, sistematik olaraq xaricə səfər edir və buna görə də istintaq çərçivəsində gizlənə bilər.

Azərbaycanlı gənc bu hərəkətinə görə çox təəssüfləndiyini bildirərək məhkəmənin verəcəyi istənilən cəzaya hazır olduğunu söyləyib.

Qasımov Rusiya vətəndaşı olduğunu ifadə etsə də, onun Azərbaycan pasportunun nüsxəsi olduğu üzə çıxıb. 

Qeyd olunur ki, fiqurant məhkəmədə Azərbaycan dilli tərcüməçi ilə təmin edilib.

Məlumata görə, M. Qasımov fevralın 24-də “BMW Х6” ilə Nevski prospektində səkidə dayanan piyadaları vurub. Nəticədə, hadisə yerində Rusiya və ABŞ vətəndaşları olmaqla 2 nəfər dünyasını dəyişib, 3 nəfər ağır yaralı olaraq xəstəxanaya yerləşdirilib.

Qasımovun 2018-ci ilin noyabrından sürücülük hüququndan məhrum edildiyi bildirilir.