Peykləri sıradan çıxara bilən mikrodalğalı silah hazırladılar

peykleri-siradan-cixara-bilen-mikrodalgali-silah-hazirladilar
Oxunma sayı: 571

Çinli alimlər dünyanın ilk 20 giqavatt gücündə mikrodalğalı silahını hazırlayıblar. Yeni sistem bir dəqiqə ərzində minlərlə yüksək enerjili impuls yaratmaq imkanına malikdir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “South China Morning Post” qəzetinin məlumatında deyilir.

Kompakt yerüstü qurğu Yer kürəsinin aşağı orbitində yerləşən peyklərin, o cümlədən, “Starlink” sisteminin fəaliyyətini pozmaq və ya zədələmək üçün nəzərdə tutulub.

TPG1000C adlanan silah Şensi əyalətinin Sian şəhərində yerləşən Şimal-Qərb Nüvə Elmləri və Texnologiyaları İnstitutunda hazırlanıb. Dörd metr uzunluğunda və beş ton çəkidə olan qurğunun yük avtomobillərinə, hərbi gəmilərə, təyyarələrə və hətta peyklərə quraşdırılması mümkündür.

Qeyd edilir ki, əvvəlki analoji sistemlər cəmi bir neçə saniyə işləyə bildiyi halda, TPG1000C bir seans ərzində 3000-dək impuls yarada bilir. Bu texnologiyanın gələcəkdə kosmosa yerləşdirilməsi peyklərə qarşı gizli və çətin aşkar olunan hücum imkanlarını əhəmiyyətli dərəcədə artıra bilər.