“Pokrov Məhərrəm” azadlığa çıxdı - Açıqlama verdi + Video

pokrov-meherrem-azadliga-cixdi
Oxunma sayı: 14550

Bu gün Azərbaycan mətbuatında Rusiyada tanınmış biznesmen “Pokrov Məhərrəm”in Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumat, eləcə də sosial şəbəkələrdə polislərin onu qandallamalarını və dizləri üstə qoymalarını əks etdirən video yayılıb. Xəbərdə iş adamının tutulmasının səbəbləri açıqlanmırdı.

Bir qədər əvvəl  isə sözügedən şəxs “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, o adi bir anlaşılmazlıq üzündən dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və bu gün sərbəst buraxılıb. 

Biznesmen həbs olunması üçün heç bir səbəb olmadığını, hazırda dostları ilə evinə getdiyini, narahat olan bütün insanlara təşəkkür etdiyini söyləyib.

Eyni zamanda Məhərrəm Həsənov dostlarının əhatəsində olduğu videonu “Qafqazinfo”ya təqdim edib: