Polis bayramı günü qəzada öldü - Foto

polis-bayrami-gunu-qezada-oldu
Oxunma sayı: 10921

Ağdaşda yol qəzası zamanı polis əməkdaşı vəfat edib.

"Qafqazinfo" xəbər verir ki, hadisə bir neçə saat öncə rayonun Yuxarı Ləki kəndində baş verib.

İlkin məlumatlara əsasən, Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpur qəzada həyatını itirib. Onun qəzanı şəxsi avtomobili ilə törətdiyi, qarşıdan gələn digər maşınla toqquşduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, 2 iyul Azərbaycanda polis işçilərini peşə bayramı kimi qeyd olunur. 

Amin Nəzərli