Popokatepetl vulkanının fəsadları - Fotolarda

popokatepetl-vulkaninin-fesadlari
Oxunma sayı: 2948

Artıq bir müddətdir ki, dünyanın ən böyük vulkanlarından biri olan Popokatepetl Meksikada püskürüb. Vulkanın püskürməsindən sonra ətrafa yayılan kül həyatı iflic edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən vulkanın fəsadlarının əks etdirdiyi görüntüləri təqdim edir:

Aktiv vulkan Mexikodan 50 km aralıda yerləşir.

Vulkanın fəaliyyəti nəticəsində yaxınlıqdakı bir neçə şəhər kül qatının altında qalıb.

Kül emissiyaları Mexikoya uçuşları gecikdirir.

Ölkənin hakimiyyət orqanları ətraf rayonlardan əhalinin təxliyəsinə hazırlaşıb.

Yerli sakinlərə tənəffüs orqanlarını küldən qorumaq üçün nəm sarğılardan istifadə etmək tövsiyə olunur.

Vulkanik kül emissiyalarına görə fərdi dərslər ləğv edildi.

Popocatepetl ilk dəfə 1994-cü ildə oyandı və o vaxtdan bəri müntəzəm olaraq zəhərli duman, kül və qaya parçaları püskürür.