Prezident DGK sədrinin 2 müavinini işdən çıxardı

prezident-dgk-sedrinin-2-muavinini-isden-cixardi
Oxunma sayı: 13614

Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin müavini Əsgər Həsən oğlu Abdullayev vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Həmçinin oxuyun: Президент уволил 2 заместителей председателя ГТК - Новое назначение

Dövlət başçısının digər Sərəncamı ilə sədrin daha bir müavini İqbal Alıcan oğlu Babayev vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ə.Abdullayev 1996-2006-cı illərdə Komitənin İdarə rəisi və Baş Gömrük İdarəsinin rəisi işləyib, 2006-cı ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.

İ.Babayev 2018-ci ildə sədr müavini vəzifəsinə təyin edilmişdi.