Prezident olan eks-ərinə ismarış göndərdi - “Səfir olmaq istəyirəm”

prezident-olan-eks-erine-ismaris-gonderdi-
Oxunma sayı: 9448

ABŞ-ın 45-ci prezidenti Donald Trampın keçmiş həyat yoldaşı İvana Tramp ölkənin Çexiyada səfiri olmaq istəyir.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, o, bununla xalqına xidmət etmək istədiyini bildirib.

“Mən Çexiya Respublikasına səfir kimi göndərilməyimi təklif edirəm. Çexiya doğulduğum ölkədir, oranın dilini də bilirəm, həm də bütün dünyada tanınıram”, - deyə İ. Tramp söyləyib.

Onun bununla Donald Trampa ismarış göndərdiyi bildirilir.

Qeyd edək ki, noyabrın 9-da ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçı namizəd Donald Tramp qalib gəlib. Ölkənin birinci xanımı statusunu Melaniya Tramp daşıyacaq.