“Prezident olsaydım, Putinə zəng edərdim”

prezident-olsaydim-putine-zeng-ederdim
Oxunma sayı: 1912

“Prezident olsaydım, “Crocus City Hall”dakı terror aktı ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə zəng edərdim”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət başçısı Donald Tramp jurnalist Hyu Hyuittə müsahibəsində danışıb.

“Hyu, mən ona zəng edərdim. Ona bildirərdim”, - deyə Tramp qeyd edib. 

Bununla belə, eks-prezident Putinə hansı məqsədlə - hadisə ilə bağlı başsağlığı verməyə və ya konsert kompleksində terror aktı baş verə biləcəyinə dair xəbərdarlıq etməyə görə zəng edəcəyini açıqlamayıb. 

Xatırladaq ki, Moskvada “Crocus City Hall”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Hadisədən sonra ABŞ-nin hazırkı Prezidenti Co Bayden Putinlə əlaqə saxlamayıb. Rusiya mediasının məlumatına görə, Bayden rusiyalı həmkarına nə başsağlığı verib, nə də hadisə ilə bağlı araşdırmada yardım təklif edib.