Prezident İlham Əliyev “Qarabağ”ı “Kopenhagen” üzərindəki inamlı qələbə münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda deyilir:
“Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.
Qeyd edək ki, dövlət başçısı bu gün Danimarkanın paytaxtı Kopenhagenə işgüzar səfərə gedib.

Son xəbərlər
Son Xəbərlər