Prezidentin tapşırığı ilə göndərilən təyyarə Türkiyəyə çatdı - Video

prezidentin-tapsirigi-ile-gonderilen-teyyare-turkiyeye-catdi
Oxunma sayı: 4572

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.