“Puldan qıtlıq çəkməmişəm” – - Rəşad Məcid

puldan-qitliq-cekmemisem-
Oxunma sayı: 2975


“Qafqazinfo” xəbər verir ki, R. Məcid müsahibəsində uşaqlığından danışıb. Təmin edilmiş ailədən çıxdığını deyən baş redaktor dünyaya göz açanda atasının bankda sədr müavini işlədiyini bildirib: “Tanınmış siyasətçi Telman Orucov atamla tələbə yoldaşı olmuşdu. Mənim 10 yaşım olanda o, Ağdama gəldi və atamı Ağdam şəhər Pərakəndə Ticarət Birliyinin sədri vəzifəsinə təyin elədi. Atam son 30 ildir ki, Ağcabədidə Ticarət Birliyinin sədridir. Bu mənada qıtlıq çəkməmişəm. Heç vaxt geyimə, maşına pul vermək, ev almaq problemim olmayıb. Atam ticarətin müdiri olduğundan geyimlər bizə asan və pulsuz başa gəlirdi. İndi də anamın Ağcabədidəki sandıqlarında sovet vaxtı gələn “importnı” (xarici – L.M.) paltarların bir hissəsi qalıb. Hərdən anam onları bizim uşaqlara verir ki, geyinsinlər. Uşaqlar deyir, “nənə, axı, bunlar dəbdən düşüb””. 

Təminatlı ailədən çıxmağının ona bir sıra üstünlüklər verdiyini deyən R. Məcidin sözlərinə görə, ədəbiyyat adamları ilə tanış olmaq, münasibət qurmaq, dostluq qazanmaq məsələsində pulun, imkanın rolu olub. Amma heç vaxt, indinin özündə də pulla qürrələnmədiyini deyir. Pul onun üçün həmişə fantaziyalarını genişləndirmək, həyata keçirmək üçün bir vasitə olub.