Puqaçova beş ildən sonra yeni mahnısını təqdim etdi

puqacova-bes-ilden-sonra-yeni-mahnisini-teqdim-etdi
Oxunma sayı: 1795

Rusiyalı müğənni Alla Puqaçova 5 illik fasilədən sonra yeni mahnısını yayımlayıb.

“Qafqazinfo” xəbər verir ki, bəstədən bir parçanı müğənni Filipp Kirkorov instaqram hesabında paylaşıb.

Puqaçova mahnıda insanları onun üçün qorxmamağa çağırıb.

Alla mahnının sözlərini bəstəkar Konstantin Qubinlə birlikdə yazıb.

Kirkorov mahnının sözlərinə görə müğənniyə təşəkkür edərək, “Bahar həmişə ruhunuzda, ürəyinizdə, yaradıcılığınızdadır. Oxu, Alla! Mən səni sevirəm”, – sosial şəbəkədəki paylaşımına yazıb.

Qeyd edək ki, hazırda Maksim Qalkinlə evli olan Alla Puqaçova daha öncə Flipp Kirkorovun həyat yoldaşı olub.