Rusiyadan Avrasiya İqtisadi Birliyi ölkələrinə 100 min dollar ekvivalentindən çox nağd pul aparmaq qadağan edilib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putin Fərman imzalayıb.
Sənədə əsasən, məhdudiyyət fərmanın dərc edildiyi andan qüvvəyə minir və ekvivalenti ixrac tarixində Rusiya Mərkəzi Bankının rəsmi məzənnəsi ilə hesablanan nağd valyutaya şamil edilir.
Son xəbərlər
Son Xəbərlər