“Putin 2023-ün geosiyasi qalibidir”

putin-2023-un-geosiyasi-qalibidir
Oxunma sayı: 2546

Məhşur “Wall Street Journal”da Rusiya Prezidenti Vladimir Putin haqqında maraqlı məqalə nəşr olunub.

“Qafqazinfo” xəbər verir ki, jurnalın köşə yazarı Cerard Beyker Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ilin geosiyasi qalibi olduğunu bildirib.

Amerikalı jurnalist Gerard Baker yazdığı məqalədə Putini bu ilin geosiyasi qalibi elan etməkdən məmnun olmadığını da qeyd edib:

“Putinin bu il uğur qazanmasına Ukraynanın əks-hücumunun uğursuzluğu, Qərbin tətbiq etdiyi sanksiyalar, Avropanın mövqelərinin zəifləməsi və ABŞ-nin Kiyevə dəstəyində əmələ gələn “çat” səbəb olub”.

Xatırladaq ki, bir müddət əvvəl Amerikanın “Time” jurnalı Rusiya liderini “ilin adamı” siyahısına daxil etmişdi.