Putin Rusiyanın ən etibarlı müttəfiqini açıqladı

putin-rusiyanin-en-etibarli-muttefiqini-aciqladi
Oxunma sayı: 8117

Rusiya Prezidenti Vladimir Putin ölkənin ən etibarlı müttəfiqini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Putin bildirib ki, serblər əsrlər boyu Rusiyanın ən etibarlı müttəfiqləri olublar:

“Biz bunu bilirik və dəyər veririk. Ümumiyyətlə, Rusiya və Serbiyanın münasibətləri xüsusi xarakter daşıyır. Mən həmişə bu barədə xüsusi səmimiliklə danışıram”.

Qeyd edək ki, Serbiya Rusiyaya sanksiyalar tətbiq etməkdən imtina edib.