Putinin Türkiyəyə səfəri barədə - Rəsmi açıqlama

putinin-turkiyeye-seferi-barede
Oxunma sayı: 7665

“Türkiyə Prezzidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və rusiyalı həmkarı Vladimir Putini bir araya gətirmək istəyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın “A Haber”ə müsahibəsində deyib.

“Ukrayna məsələyə müsbət baxır, Rusiyanın da müsbət cavab verməsi ilə bu görüş reallaşar. Cənab Putinin Türkiyə səfəri olacaq. Yaxın günlərdə o tarix də açıqlanar”, - o qeyd edib.

Həmçinin oxuyun: “Nəcməddin Sadıkovun dövlətə xəyanətdə ittiham edilərək tutulması üçün qərar verilmişdi”