Putinlə Paşinyan telefonla danışdı

putinle-pasinyan-telefonla-danisdi
Oxunma sayı: 1002

Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb. 

Söhbət zamanı Paşinyan Putini ad günü münasibətilə təbrik edib.

Eyni zamanda, Ermənistanın Baş naziri iki ölkə arasında münasibətlərin gələcəkdə də inkişafının vacibliyini qeyd edib.

Xatırladaq ki, bu gün V.Putinin 73 yaşı tamam olur.