“Putinlə Zelenskinin görüşü hazırlanır”

putinle-zelenskinin-gorusu-hazirlanir
Oxunma sayı: 2912

“Kiyev Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü üzərində işləyir”.

“Qafqazinfo” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna XİN başçısı Andriy Sibiqa deyib.

Diplomat qeyd edib ki, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın da görüşdə iştirak etməsini istəyir:

“Biz Prezident Trampın da buna qoşulmasını çox istərdik. Və biz həmişə israr edirik ki, mümkün gələcək danışıqlar masasında mütləq Avropa olmalıdır”.