Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşları barədə kitab çıxıb

qacaq-nebi-sultan-bey-ve-xosrov-bey-qardaslari-barede-kitab-cixib
Oxunma sayı: 914

"Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlunun “Qafqazinfo”ya verdiyi məlumata görə, oxucular ilk dəfə olaraq bu kitablardan XIX əsrin son onilliyində Qaçaq Nəbinin başçılığı ilə rus çarizminə və xalqın qanını soran zülmkarlara qarşı aparılmış partizan müharibəsindən, 1918-20-ci illərdə Zəngəzur və Qarabağda misli görünməmiş qətliamlar törədən erməni nizami ordusunu məhv edib bütün silah-sursatını ələ keçirən Sultan bəyin və onun qardaşı-Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Gəncə və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun göstərdikləri şücaətlər barədə elmi-tarixi mənbələrə istinadla detallı bilgilər alacaqlar.
H.Nərimanoğlu bildirib ki, birlik gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, milli qürur hisslərinin gücləndirilməsi, xalqımızın şərəfli döyüş, qəhrəmanlıq tarixinin öyrənilməsinin əhəmiyyətini nəzərə alaraq, belə əsərlərin nəşrini davam etdirəcək.